İlk rəqiblərimiz bilinib

Bu gün Yunanıstanın Krit adasında şahmat üzrə Avropa komanda çempionatının başlayacaq. Allsport.az saytı xəbər verir ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda kişilərdə 40, qadınlarda 32 milli iştirak edir.

Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət seçməmizdə kapitan Eltac Səfərlidir.

Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə və Xanım Balacayevalı komandamızda kapitanı Fikrət Sideyifzadədir.

Avropa komanda çempionatının təntənəli açılışında 1-ci turda fiqurların rəngini müəyyən etmək üçün püşkatma keçirilib. Azərbaycanın hər 2 millisi qara fiqurlarla oynayacaq.

İlk partiyada kişilər İtaliya, qadınlarımız Litva şahmatçıları ilə qarşılaşacaqlar. Rəqabətdə oyun günləri 28 oktyabr – 1 noyabr və 3-6 noyabr olacaq.

Həmin kateqoriyadan