İlk turun bütün oyunları eyni saatda

Futbol üzrə Azərbaycan birinci divizionunun 2015/2016-cı illər mövsümünün ilk turunun oyun cədvəli müəyyənləşib. Allsport.az xəbər verir ki, ilk turun görüşləri iki gün ərzində reallaşacaq.

Birinci divizion
1-ci tur
10 sentyabr (cümə axşamı)

“Mil-Muğan” – “Qaradağ Lökbatan”
Heydər Əliyev adına İmişli şəhər stadionu

“Bakı” – “Şərurspor”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“Göyəzən” – “Bakılı”
Qazax şəhər stadionu

11 sentyabr (cümə)

“Şəmkir” – “Turan Tovuz”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

“Şahdağ” – MOİK
Şövkət Orduxanov adına Qusar şəhər stadionu

“Energetik” – “Neftçala”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

Qeyd: Turun bütün oyunları saat 17:00-da başlanacaq.

Həmin kateqoriyadan