İlk və rekord

“Zirə” Topaz premyer liqasının cari mövsümündə topladığı 31 xalla çempionatı 5-ci pillədə başa vurub. Allsport.az saytı xəbər verir ki, 4-cü dəfə Azərbaycanın ən güclüləri sırasında mübarizə aparan “qartallar” üçün mövsüm əlamətdar olub.

İlk dəfə komanda səfərdə evdəkindən daha çox qol vurub. Mövsüm ərzində rəqib qapılarına 30 dəfə yol tapan “Zirə” öz meydanında 13, rəqib stadionlarında 17 dəfə fərqlənib. 

Səfərdəki bu məhsuldarlıq həm də klub tarixinin rekordudur. “Qartallar” heç bir mövsümdə rəqib meydanında bu qədər qol vurmayıb. 2015/16 və 2017/18 mövsümlərində 15 dəfə fərqlənən futbolçularımız 2016/17 sezonunda meydan sahiblərinin qapısından 11 top keçiriblər.

Qeyd edək ki, “Zirə” cari mövsüm səfərdə bütün komandaların qapısından qol keçirib. “Qartallar” “Sabah”la “Neftçi”yə 4, “Keşlə”yə 3, “Qarabağ”la “Səbail”ə 2, “Sumqayıt”la “Qəbələ”yə 1 qol vurublar.

Həmin kateqoriyadan