- Baxış sayı: 42
- 23 Aprel 2024 10:26
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası – “Elazığspor” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə gənclərdən ibarət millimizin sabiq futbolçusu Timur Təməltaşın çıxış etdiyi “Altınordu” ilə qarşılaşıb. Matç elazığlıların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. İmamverdiyevin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib. Təməltaş isə 62-ci dəqiqədə meydana çıxıb və qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, “Elazığspor” hazırda 31 xalla 14-cü, “Altınordu” isə 35 xalla 10-cu pillədə qərarlaşıb.