İmamverdiyev “Elazığspor”la yollarını ayırır

Türkiyənin PTT 1-ci Liqa təmsilçisi “Elazığspor”da çıxış edən azərbaycanlı futbolçu Cavid İmamverdiyev bu klubdan ayrıla bilər. Allsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, o, klubun texniki heyətinə komandadan ayrılmaq istədiyini bildirib. “Elazığspor”un baş məşqçisi Ümit Özat da bu məlumatı təsdiqləyib. Klub prezidenti Səlçuk Öztürk isə açıqlamasında hücumçunun klubdan heç bir alacağının olmadığını deyib. O, bildirib ki, müqavilənin şərtlərinə əsasən, futbolçu üçün müəyyən miqdarda pul ödəniləcəyi halda, onu sərbəst buraxa bilərlər.

Qeyd edək ki, İmamverdiyev cari mövsümün əvvəlində icarə əsasında “Neftçi”dən “Elazığspor”a keçib. Bu müqaviləyə əsasən Cavid mövsümün sonuna kimi Türkiyə klubunda çıxış etməliydi.

Həmin kateqoriyadan