Cavid İmamverdiyev qərarını dəyişdi: futbolçu “Neftçi”yə qayıtmır

Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyev “Elazığspor”da qala bilər. Allsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, həmyerlimiz klubdan ayrılmaq istəmədiyini, lakin atasının xəstə olması səbəbindən bu cür addım atdığını bildirib. O, baş məşqçisi Ümid Özatla danışaraq, ailəsinin Bakı üçün darıxdığını bildirib. Ailəsi razı salınarsa, 24 yaşlı yarımmüdafiəçi uzun illər bu klubun formasını geyinməyə hazır olduğunu diqqətə çatdırıb.

Hazırda Anqarada olan “Elazığspor”un prezidenti Səlçuk Öztürkün bu barədə son qərarı verməsi gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə gənc futbolçu hazırkı klubundan ayrılaraq, “Neftçi”yə qayıtmaq istədiyini demişdi. İmamverdiyevin “Elazığspor”la mövsüm sonuna qədər icarə müqaviləsi var.

Həmin kateqoriyadan