İnna Osipenko-Radomskaya da finala çıxdı!

Bu gün Rio-2016-da avarçəkənimiz İnna Osipenko-Radomskaya 1-nəfərlik kayak qayığı ilə 500 metr məsafədə mübarizə aparıb. Allsport.az saytı xəbər verir ki, ilk cəhddə finiş xəttinə 1 dəqiqə 51,750 saniyəyə keçən Ukrayna əsilli idmançı, təsnifat mərhələsinin birinci olub.

O, yarımfinalda məsafəni 1 dəqiqə 57,627 saniyəyə qət edərək finala yüksəlib. Həlledici mərhələ avqustun 18-də saat 17:11-də başlanacaq. Xatırladaq ki, İnna Osipenko-Radomskaya 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.

Həmin kateqoriyadan