“İnter” Gəncə səfərinə 3 itki ilə yollanacaq

“İnter” ölkə çempionatının 9-cu turunda “Kəpəz”lə qarşılaşacaq. Allisport.az xəbər verir ki, paytaxt klubu bu matça 3 itki ilə hazırlaşır.

Sarı vərəqə həddini aşan Fuad Bayramov Gəncədə meydana çıxmayacaq. Zədəli olan Samir Zərgərovla Mirsahib Abbasov da qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Kəpəz” – “İnter” oyunu oktyabrın 23-də Gəncədə keçiriləcək və saat 14:30-da start götürəcək.

Həmin kateqoriyadan