“İnter” sabah son yoxlama matçına çıxacaq

“İnter”in Türkiyədəki təlim-məşq toplanışı davam edir. Allsport.az xəbər verir ki, bu gün komanda növbəti məşqinə çıxıb.

Xatırladaq ki, “İnter” toplanış çərçivəsində sabah son yoxlama matçına çıxacaq. “Bankçılar”ın rəqibi Cənubi Koreya təmsilçisi “Jeju Yunayted” komandası olacaq. Oyun Bakı vaxtıyla 17.00-da başlayacaq.

Qeyd edək ki, “İnter” vətənə yanvarın 24-də qayıdacaq.

Həmin kateqoriyadan