“İnter” sabah Türkiyədə ilk sınaq matçına çıxacaq

Bakı “İnter”inin Türkiyədəki təlim-məşq toplanışı davam edir. Allsport.az xəbər verir ki, toplanışın 4-cü günü 1 məşqdən ibarət olub.

Axşam saatlarında baş tutan məşqə futbolçular isinmə hərəkətləri ilə start veridlər. Daha sonra onlar topla çalışıblar. Sonra isə oyunçular 4 qrupa ayrılaraq bir-birilərinə qarşı futbol oynayıblar.

Toplanışın hazırlıq planına uyğun olaraq “İnter” bu gün 2 dəfə məşq edəcək.

Əlavə edək ki, “bankirlər” ayın 8-də Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünə çıxacaq. Bu maçda Kaxaber Sxadadzenin komandası Türkiyənin “İnegölspor” klubu ilə qarşılaşacaq. Bu oyun “Kaya Palazzo Golf Resort” otelinin meydançalarının birində baş tutacaq.

Həmin kateqoriyadan