“İnter” Sxadadze qalmaqalı ilə bağlı mətbuatın yazdıqlarına qarşıdı

“İnter”in rəhbərliyi bir sıra Kütləvi İnformasiya Vasitələrinin Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “Xəzər Lənkəran”la matçdan sonra baş vermiş hadisəyə münasibətini birmənalı qarşılamır. Allsport.az xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda məlumat verilib.

Bəyanatda bildirilir: “Klub rəhbərliyi tənqidə açıq olduğunu vurğulamaqla yanaşı bildirir ki, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze barədə futbol ictmaiyyətinə təqdim olunan materiallar obyektiv dəlil və faktlara əsaslanmalıdır. “İnter”in rəhbərliyi müvafiq futbol qurumlarının hüquqi qiymət verməsinədək “İnter” – “Xəzər Lənkəran” matçından sonra baş vermiş hadisə ilə bağlı məlumatlara yer ayrılmasını tələskənlik kimi qiymətləndirir.

Komandanın baş məşqçisi oyunsonrası mətbuat konfransında “Xəzər Lənkəran” komandasına böyük hörmətlə yanaşdığını və oyundan sonra rəqibə qarşı hər hansı bir hörmətsizliyə yol vermədiyini açıqladı. “İnter” klubu bir daha bəyan edir ki, bütün klublara hörmətlə yanaşır və Sxadadze haqqında faktlara söykənməyən məlumatların informasiya məkanınında yayılmasını düzgün addım saymır”.

Həmin kateqoriyadan