“İnter”dən 250-ci qələbə

Bakının “İnter” klubu yubiley qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan çempionatlarında 250-ci dəfə 3 xal əldə edib. Bu, premyer liqanın 4-cü turunun “Kəpəz”lə ev matçına təsadüf edib. “İnter Arena”da əldə olunan 3:2 hesablı qələbə bakılılar üçün 250-ci olub.

Bunadək 249 qələbəsi olan “İnter” öz meydanında 148-ci dəfə qalib gəldi. Digər 102 qələbə səfər matçlarına təsadüf edib. Ölkə çempionatında 1999/2000 mövsümündə “Xəzər Universiteti” adı altında debüt edən paytaxt klubu ilk qələbəsini 1999-cu il noyabrın 21-də Sumqayıt “Xəzər”i ilə matçda qazanıb – 2:1.

2004-cü ildən “İnter” adı ilə çıxış edən klub 250 və daha çox qələbəsi olan 5-ci komandadır. Bunadək yalnız 4 komanda – “Neftçi”, “Qarabağ”, “Kəpəz” və “Turan” bunu bacarıb.

Həmin kateqoriyadan