«İnter»in 2 futbolçusu Almaniya seçməsi ilə görüşdə forma geyindi

Bakı «İnter»inin 2 futbolçusu Gürcüstan milli komandasının heyətində Avro-2016-nın seçmə qrup mərhələsində «D» qrupunda səfərdə Almaniyaya qarşı oyunda iştirak ediblər.

Allsport.az saytının məlumatına görə, ev sahibinin 2:1 qalib gəldiyi matçda Nika Kvekveskiri starda meydana çıxıb.

Maraqlıdır ki, baş məşqçi Kaxaber Sxadadze onu 78-ci dəqiqədə «bankçılar»da komanda yoldaşı Zurab Xizanişvili əvəzləyib. Yeri gəlmişkən, gürcülərin indiyi çalışdırıcısı da keçmiş «İnter»lidir.

Həmin kateqoriyadan