İqor Ponomaryov: Bakı mənim doğma şəhərimdir

“Neftçi”nin veteran futbolçusu İqor Ponomaryov klubun 80 illik yubileyi ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya gəlib. Allsport.az saytı xəbər verir ki, 1988-ci ilin olimpiya çempionu klubun rəsmi saytına açıqlamasında bunları deyib:

“Neftçi”nin 80 illik yubileyi ilə bağlı Bakıda olmaq çox xoşdur. Allah eləsin, sevimli klubumuzun 100 illiyini də birlikdə qeyd edək. Paytaxta gəlmək həmişə xoşdur, Bakı mənim doğma şəhərimdir. Belə təntənəli tədbirlər təşkil etdiklərinə görə klub rəhbərliyinə minnətdaram.

“Neftçi” mənim yeniyetmə dövrümdür, gəncliyimdir. Hələ gənc yaşlarımda bu komandada oynamaq istəyirdim. Hətta ÇSKA-ya gedəndən sonra da “Neftçi”yə qayıdıb, burada çıxış etdim. “Neftçi” mənim üçün xüsusi komandadır, o, həmişə mənim qəlbimdə olacaq”.

Həmin kateqoriyadan