İran, Türkiyə və Gürcüstan güləşçiləri bizimlə birgə Bakıda məşq keçir

Yunan-Roma güləşçiləri üçün bu mövsümü çox uğurlu saymaq olar. Mövsümün əvvəlində İranda keçirilmiş Dünya Kubokunda tarixində ilk dəfə baş mükafata sahib çıxan millimiz, 1-ci Avropa oyunlarında 2 dəst medal qazandı.

Qarşıda Cəmşid Xeyrabadinin komandasını daha bir ciddi sınaq gözləyir. Sentyabrda ABŞ-ın Las-Veqas şəhərində Rio-2016-ya vəsiqə xarakterli dünya çempionatı təşkil olunacaq. Hədəf yenə yüksəkdir. Bu yarışa da yaxşı hazırlaşmaq niyyəti ilə güləşçilərimiz artıq bir təlim-məşq toplanışını başa vurub.

Allsport.az saytına daxil olan xəbərə görə, növbəti hazırlıqda bizimlə birgə ölkə xaricindən gələn pəhləvanlar iştirak edirlər. Azərbaycan güləşinin dünyada böyük nüfuza malik olması, ölkəmizdə yüksək hazırlıq şəraiti səbəbindən, sayılıb-seçilən rəqiblər millimizlə birgə hazırlaşmaqda maraqlıdırlar. Bu məqsədlə Türkiyə, İran və Gürcüstan komandalarının üzvləri Bakıdakı təlim-məşq toplanışına qatılıblar.

Həmin kateqoriyadan