İrina Kindzerska: “İndi kimisə günahlandırmaq düzgün olmaz”

“Bakıda dünya çempionatı yüksək səviyyədə keçdi. Bugünədək iştirak etdiklərin arasında ən möhtəşəmi idi yarışdır”.  Allsport.az saytı xəbər verir ki, bunu qadın millimizin üzvü İrina Kindzerska (+78 kq) deyib. Onun sözünə görə, idmançılar və qonaqlar üçün hər cür şərait yaradılmışdı:

“Azərbaycan prezidentinə, federasiya rəhbərliyinə və əməyi olan hər kəsə yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlığımı bildirirəm. Çıxış etdiyim ölkədə belə irimiqyaslı turnirin keçirilməsi mənim üçün çox qürurvericidir”.

O, dünya çempionatında medal qazana bilməməsindən də danışıb: “Ötən il bürünc medal qazandım. Əmin idim ki, bu il daha yaxşı mübarizə aparacağam. Qələbəyə köklənmişdim. Amma nə baş verdi anlamadım. İndi kimisə günahlandırmaq düzgün olmaz.

Ən çox səhvləri özümdə görürəm. Səhvlərim üzərində işləməyə başlayacağam. Gələn il çalışacağam ki, dünya çempionatının mükafatçıları arasında oldum”.

Həmin kateqoriyadan