İrina Zaretska karate-1 premyer liqasının gümüş medalını qazanıb

Qadın karateçilərdən ibarət millimizin aparıcı üzvü İrina Zaretska (68 kq) Fransanın paytaxtında Karate-1 premyer liqasının gümüş medalını qazanıb. Allsport.az saytı xəbər verir ki, Niyazi Əliyev (67 kq) bürünc medal uğrunda son təsəlliverici görüşdə qələbəni əldən verib.

Maliyyə çətinliyi səbəbindən, Dünya Karate Federeasiyasının (WKF) nüfuzlu turnirlər seriyasından olan bu yarışnda milli komandanın yalnız bir neçə üzvü iştirak edib. Onlardan Roman Heydərov (kata) səhhətində yaranan problemlə əlaqədar, Sərxan Quluzadə (+84 kq) isə zədə üzündən mübarizəni davam etdirə bilməyiblər.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF-in Texniki komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə Fransaya yollannan heyətdə beynəlxalq hakimlər Yusif Məmmədov və Anar Allahverdiyev turniri idarə edən hakimlər arasında olublar.

Həmin kateqoriyadan