İrina Zaretska – Rotterdam uğurundan sonra Dubaya

Qadınlardan ibarət millimizin öncülü İrina Zaretska (68 kq) Niderlandın Rotterdam şəhərində karate-1 premyer liqasının qalibi olub. Allsport.az saytı xəbər verir ki, o, Dünya Karate Federasiyasının bu rəsmi yarışının finalınadək son illərin 3 dünya çempionuna qalib gəlib.

Komandamızı martın son günləri, aprelin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mövsümün növbəti eyni turniri gözləyir. Göygöl Olimpiya İdman Kompleksində 1-həftəlik təlim-məşqləri başa vuran karateçilərimiz üçün qarşıdakı nüfuzlu turnir, mayın ortaları Bakıda 4-cü İslam həmrəyliyi oyunlarına son hazırlıq yarışı olacaq.

Dubay səfərindən sonra İslam Oyunlarında iştirak edən tam heyət məlum olacaq. Bu yarışda islam ölkələrinin milli komandaları itirak etdiyindən, karateçilərimiz üçün bir növ Bakı-2017-yə sınaq və mühüm yarış sayılır.

Həmin kateqoriyadan