İrina Zaretska Şanxay karate1 liqasında yer tutmasa da…

Çinin Şanxay şəhərində karate1 “A” seriyası ilə rəsmi liqa yarışlarına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, millinin yeganə təmsilçisi İrina Zaretska (68 kq) sonradan yarışın qalibi olan çinli Li Qonqa ilk mərhələdə məğlub olsa da, təsəllivericidə ardıcıl 3 görüşdə qalib gəlib.

Bürünc medal uğrunda həlledici qarşılaşmada isə yapon idmançısı Someya Kayo ilə görüşün əsas vaxtında hesab açılmasa da, hakimlərin qərarı ilə daha fəal olan rəqib idmançı bürünc medala sahib olub.

Mükafatsız qalmasına baxmayaraq, o, həm dünya, həm də olimpiya reytinqində mövqeyini əlavə xallarla möhkəmlədib. Şanxayda mövsümün son Karate1 “A” seriyasında 80 ölkədən 1176 idmançı iştirak edib.

Həmin kateqoriyadan