İrina Zaretskadan İstanbul karate1 “A” seriyasında gümüş medal

Qadın millinin öncülü İrina Zaretska (68 kq) İstanbulda karate1 “A” seriyasında gümüş medalını qazanıb. Allsport.az saytı xəbər verir ki, Marina Rakoviçlə (Monteneqro) final görüşü rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Rafael Ağayev (75 kq) isə bir-birinin ardınca 2 döyüşdə aldığı zədələr səbəbindən 5-ci görüşü yarımçıq dayandırmalı olub. AMKF-nin prezidenti Yaşar Bəşirov mükafatlandırmada iştirak edib.

Mötəbər yarışda 102 ölkədən 1813 karateçi iştirak edib. Milli komandanı iyunun əvvəli Çinin Şanxay şəhərində premyer liqa gözləyir. 

Həmin kateqoriyadan