İsgəndər Əsgərov “Azəryol”u mübarizədən kənarlaşdıran komandanın oyununa təyinat alıb

Yeganə EHF nümayəndəmiz İsgəndər Əsgərov beynəlxalq oyuna təyinat alıb.

Allsport.az saytı xəbər verir ki, o, qadın həndbolçuların Çağırış kubokunun 1/4 finalında “Ardeşen” (Türkiyə) – “Kristianstad” (İsveç) görüşündə hakomlərin işinə qiymət verəcək.

Martın 3-də Türkiyədə keçiriləcək görüşün hakimləri italiyalı Roberto Sçevola ilə Tal Alperan olacaq. Bu mərhələdən öncə skandinaviyalılar Bakının “Azəryol” klubunu mübarizədən kənarlaşdırmışdı.

Həmin kateqoriyadan