İsgəndər Əsgərova yeni etimad

Ölkəmizin yeganə EHF nümayəndəsi İsgəndər Əsgərov yeni təyinat alıb.

Allsport.az saytı xəbər verir ki, o, kişi həndbolçuların Çağırış kubokunun 3-cü mərhələsində “Masheka” (Belarus) və “Dobrudja” (Bolqarıstan) görüşlərində referilərə qiymət verəcək.

Noyabr ayının 16-sı və 17-də Belarusun Mogilyov şəhərinin “Olimpiets” idman kompleksində keçiriləcək oyunları Angelos Arguridis və Kristos Mouttasdan ibarət kiprli hakimlər idarə edəcəklər.

Həmin kateqoriyadan