İslam Abbasov 23 yaşlı güləşçilərin Avropa çempionatı bürünc medal qazandı

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın son günündə 66, 75, 85 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

85 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında Dünya və Avropa çempionu İslam Abbasov yarışa Ukrayna və İsveç güləşçiləri üzərində ardıcıl qələbə ilə başlayıb. Almaniya təmsilçisi ilə gərgin keçən görüşdə uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rusiya idmançısı ilə bərabər səviyyəli görüşdə qalib olan pəhləvanımız, bürünc medal uğrunda həlledici görüşə çıxıb. Bolqarıstan idmançısı üzərində qələbə güləşçimizə bürünc medal qazandırıb.

Xatırladaq ki, yunan-Roma güləşçilərinin yarışında ilk gün Eldəniz Əzizli (59 kq) də bürünc mükafata yiyələnib.

Həmin kateqoriyadan