İslam Kərimovun komandası U-10 liqasında gümüş medal qazanıb

U-10 liqasında final matçı keçirilib. Allsport.az saytı xəbər verir ki, həlledici görüşdə “Neftçi” debütant “Sabah”la qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 2:2. Baş məşqçi İslam Kərimovun yetirmələrindən qolları Rüstəm Hüseynli və Ramin Əbiyev vurublar. Penaltilərdə 2:4 hesabı ilə məğlub olan “ağ-qaralar” mövsümü 2-ci pillədə başa vurub.

Oyundan sonra komandamızın üzvlərinə gümüş medallar təqdim olunub. Bundan əlavə, Ramin Əbiyev U-10 liqasının ən yaxşı oyunçusu, Rüstəm Hüseynli isə “Fair Play” mükafatına layiq görülüb. Hüseynli həmçinin 65 qolla bombardirlər yarışında ikinci olub.

Həmin kateqoriyadan