İslamiadanın qalibi Norveç voleybolçularına aman verməyib

Bakı idman sarayında qadın voleybolçuların DÇ-2018-in seçmə oyunları başlayıb. Allsport.az saytı xəbər verir ki, birbaşa finala vəsiqə qazanmaq uğrunda 6 komanda mübarizə aparır.

Millimiz yer aldığı “E” qrupunun ilk görüşündə norveçli həmkarları ilə qarşılaşıb. Matç ev sahibələrinin tam üstünlüyü ilə başa çatıb –  3:0 (25:15, 25:10, 25:6).

Digər qarşılaşmalarda Niderland Danimarka, Ukrayna İsraili 3:0 hesabları ilə qalib gəliblər. Faiq Qarayevin komandası bu gün qara dənizlilərlə üz-üzə gələcək.

Həmin kateqoriyadan