İsmayıl İsmayılov: Gənc stolüstü tennisçilərimiz Avropa çempionatında böyük hünər göstərdi

“Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən gənc qız stolüstü tennisçilərin Avropa çempionatında komandamızın qızıl medal qazanması böyük uğurdur. Finalda Rusiya kimi güclü kollektivə qalib gəlmək çox sevindiricidir”.

Allsport.az saytı xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dedi. Onun sözünə görə, yeniyetmələrin olimpiya oyunlarına lisenziya yarışlarda nəticəyə yetişmək çətinləşib:

“Şərtlər indi ağırlaşıb. Hər növdə yalnız 2 idmançı vəsiqə qazana bilər. Sevindiricidir ki, stolüstü tennisdə Buenos Ayres-2018-ə tam heyətlə yollanacağıq. Yeniyetmə idmançılara göstərilən diqqət və qayğının bu qələbədə rolu böyükdür”.

 

Həmin kateqoriyadan