İsmayıl İsmayılov: Heydər Əliyevin diqqət və qayğısı sayəsində bütün bölgədə idman qurğuları tikilib

Naxçıvanda İlham Əliyev adına olimpiya-idman kompleksində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə cüdo üzrə beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışın açılışında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək, Azərbaycanda idman ənənələrinin əsası ümummilli lider tərəfindən qoyulduğubu deyib.

Məhz onun diqqət və qayğısı nəticəsində ölkənin bütün regionlarında olimpiya-idman kompleksləri tikilərək idmançıların ixtiyarına verilib. Dövlət rəsmisi yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə Naxçıvan muxtar respublikası ali məclisinin sədrinə minnətdarlığını bildirib.

Həmin kateqoriyadan