“İsmayıllı-Zirvə”nin 2 cüdoçusu fərqləndi

“Zirvə” İdman Klubunun cüdoçuları uğur qazanmaqda davam edirlər. Xüsusulə də qızlarımızın nəticələrini fərqləndirmək lazımdır.

Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, 4-5 fevralda Şağan Olimpiya Kompleksində gənclər arasında Azərbaycan çempionatı keçirilib.

Yarışda “İsmayıllı-Zirvə” Cüdo Klubunun üzvləri iştirak edərək evə medalla dönüblər. Günel Həsənli (78 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səbinə Hacıyeva 70 kq çəkidə bürünc medal qazanıb.

Həmin kateqoriyadan