Olqa İsmayılova Litvada çempion oldu

Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı “Panevejis-2015” turniri start götürüb. Allsport.az xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının 2 üzvü – Olqa İsmayılova və Nicat Niftəliyev də mübarizə aparır.

İlk yarış günü bizim üçün uğurlu alınıb. Belə ki, 500 metr məsafəyə sprint növündə mübarizə aparan Olqa İsmayılova bütün rəqiblərindən üstün olmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, final yürüşündə rusiyalı Yelena Brejnevanı qabaqlayıb və sürətini 51.45 km/saata çatdırmaqla finişi 34.985 saniyəyə keçib. Turnirə sabah yekun vurulacaq.

Həmin kateqoriyadan