İspaniya mətbuatı Azərbaycanda ilk dəfə keçiriləcək Formula-1 yarışından yazıb

Formula-1 üzrə İspaniyanın ixtisaslaşmış əsas idman portalı “LaF1.es” Azərbaycanda keçiriləcək qran-pri turnirinə hazırlıqdan yazıb.

Allsport.az saytının Azərtac-az-a istinadən məlumatına görə, məqalədə Bakıdakı Formula-1 yarışlarının promouter şirkəti olan Bakı Şəhər Halqasının baş icraçı direktoru Arif Rəhimova istinadla bildirilir ki, bu tədbirin paytaxtda təşkil olunması özəl sektorun təşəbbüsü olsa da, dövlət tərəfindən ciddi dəstəklənir.

Yazıda Bakıdakı yarışların daha çox tamaşaçı tərəfindən izlənməsi üçün lazımi şəraitin yaradılacağı qeyd olunur. Bildirilib ki, Azərbaycanda ilk dəfə təşkil edilən Formula-1 qran-prisində marşrutun Bakının tarixi məkanlarından keçməsi ona olan marağı daha da artırır.

Həmin kateqoriyadan