“İstedad axtarışı”ndan“Ümid”ə doğru

Avropa stolüstü tennis birliyinin avrotalant “İstedad axtarışı” layihəsi çərçivəsində müxtəlif ölkələrdə mərhələləli şəkildə beynəlxalq turnir və təlim-məşq toplanışları keçirilir. Allsport.az saytı xəbər verir ki, burada ən yüksək bal toplayanlar beynəlxalq stolüstü tennis federasiyasının “Ümid” layihəsinə qoşulurlar.

Yeniyetmələrdən ibarət yığmamızdan bu layihədə iştirak edən Adil Əhmədzadə, Hüseyn Eylazov, Arzu Aslanova, Aylin Əsgərova yüksək bal toplayaraq, 7-12 oktyabrda Sloveniyada beynəlxaq turnir və təlim-məşq toplanışına qatılacaqlar. Millimiz məşqçilər Ramil Cəfərov və Billurə Eminova və Səbinə Əzizlinin rəhbərliyi ilə ayın 6-da yola düşəcək.

Həmin kateqoriyadan