FOTO
İstedad sorağında olan AzAL festival keçirdi

AzAL daim uşaq futboluna xüsusi diqqət göstərib. Allsport.az xəbər verir ki, AFFA-nın müvafiq layihəsinə qoşulduqdan sonra bu sahəyə qayğı daha da artırılıb.

Artıq klubun akademiyası formalaşmaqdadır. Uşaq futbolu vitse-prezident Fikrət Hüseynovun da ciddi maraqlandığı sahədir. Baş məşqçi Tərlan Əhmədov isə əsas komandada gəncləri oynatmaqdan, onlara şans verməkdən çəkinmir. Bu qayğı və diqqətin davamı kimi AzAL-ın növbəti məşqi xüsusi proqramla keçib.

Belə ki, rəhbərliyin, əsas komandanın baş məşqçisinin, Akademiya rəhbəri Daril Villardın istəyi ilə “AzAL Arena”da futbol festivalı təşkil olunub. Bütün yaş qruplarından seçmə yolla dəvət olunan uşaq və yeniyetmələr əsas komandanın futbolçuları ilə müxtəlif oyun komponentlərində birgə çalışıb. Şənləndirici məşqi vitse-prezident F.Hüseynov da izləyib.

Həmin kateqoriyadan