İtaliya ilə oyun AFFA-ya 150 min 729 AZN qazandırdı

Xəbər verdiyimiz kimi, AÇ-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – İtaliya oyununda azarkeş sayı ilə bağlı rekord göstərici qeydə alındı. Allsport.az xəbər verir ki, ilk dəfə millimizin oyununu stadionda 48 mindən artıq azarkeş izləyib.

AFFA Azərbaycan – İtaliya oyunu ilə bağlı daha bir statistik məlumatı ictimaiyyətin diqqətinə çatdırır. Qeyd olunmuş oyuna 150 min 729 AZN məbləğində bilet satılıb.

Həmin kateqoriyadan