İtaliyalı məşqçi millimizlə oyundan danışdı

İtaliya yığmasının baş məşqçisi Roberto Menikelli AÇ-2016-nın final mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

“Uşaqları təbrik edirəm. Yaxşı oynadılar. Yaxşı təşkilatlanmış Azərbaycan yığmasına qarşı oynamaq heç də asan olmadı. Son çempion olduğumuzu nəzərə alsaq, lazım olan nəticə ilə başlamaq çətin olacaqdı. Mən ikinci hissəni tam olaraq müdafiədə keçirməyimizə görə məyus oldum. Amma başqa seçim imkanımız da yox idi. Çünki rəqib beşinci meydan oyunçusundan istifadə edirdi. Biz də hesabda geridə olsaydıq, elə edərik”.

Həmin kateqoriyadan