ITU Rostislav Pevtsovun lisenziyasını təsdiqlədi

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Rio-2016-ya lisenziya qazanıb. Allsport.az saytı xəbər verir ki, bununla bağlı Beynəlxalq Triatlon İttifaqı (ITU) tərəfindən bizə təsdiq məktubu göndərilib.

ITU-nun reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəkli 2 il ərzində (2014-2015 və 2015-2016-cı illər mövsümü) triatlonçular dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə olimpiadaya lisenziya xalları toplayırlar.

Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən Rostislav Pevtsov, “dördillik”də iştirak hüququna yiyələnən 52 triatlonçudan biri olub.

Həmin kateqoriyadan