İvaylo Petev: “Buna görə özümü heç də yaxşı hiss etmirəm”

Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bolqarıstanlı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

“Bu gün yaxşı oynadıq. Oyuna biz nəzarət edirdik. Bizi dəstəkləyən azsaylı azarkeşlərimizə təşəkkür edirəm. Pley-offa vəsiqə qazanmaq istəyirdik, alınmadı. Buna görə özümü heç də yaxşı hiss etmirəm. Artıq neçənci dəfədir ki, Bolqarıstan millisi final mərhələlərindən kənarda qalır. Bu, azarkeşlərə də təsir edir. Hər şeyə rəğmən milliyə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Həmin kateqoriyadan