İWF-in inkişaf proqramı çərçivəsində məşqçilərimiz üçün beynəlxalq seminar

Şüvəlanda yerləşən ağır atletika akademiyasında İWF-in inkişaf proqramı çərçivəsində məşqçilər üçün seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda məruzəçilər qismində dünyaca məşhur ağırlıqqaldırma mütəxəssisləri Kolin Bakli (İrlandiya) və Eduard Andryuşkeviç (Latviya) çıxış ediblər. Yığncaqda Azərbaycanın müxtəlif regionlarından olan 30-a yaxın məşqçi iştirak edib.

Üç gün davam edən seminar zamanı “Yeni nəsil məşqçiliyi”, bərpa tapşırıqları, idmançıların yerinə yetirdikləri klassik hərəkətlərin alman sistemi əsasında video texniki-təhlili, yığma komandanın təlim-məşq proseslərinin izlənməsi, Avropa Ağır Atletika Federasiyasının (EWF) məşqçilik strukturu (EWF Ağır atletika akademiyası) və digər aktual məsələlər üzrə nəzəri və praktiki sessiyalar keçirilib.

Bundan başqa dünya ağır atletikasında məşqçiliklə bağlı baş verən yeniliklər barədə məlumat verilib. Sıx interaktivlik şəraitində keçən mühazirələrdə çox sayda suallara cavab alınıb, yerli məşqçilərin fikirləri dinlənilib, qonaq mühazirəçilərin rəyləri verilib.

Həmin kateqoriyadan