Jerve Martel: “Hafiz Məmmədovun bu ayın axırınadək vaxtı var”

Azərbaycanlı iş adamı pul köçürməkdən yorulub, “Lans” prezidenti “hələ də azdır” deyir

“Əgər Hafiz Məmmədov dekabrın 31-dək 14 milyon avronu ödəməsə, biz yeni investorla müqavilə bağlayacağıq”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Lans”ın prezidenti Jerve Martel deyib. Liqa 1 klubunun rəhbəri dekabrın 17-də mətbuat konfransı keçirib və bir çox mövzulara aydınlıq gətirib.

O, azərbaycanlı səhmdarın artıq 2,5 milyon avroluq borcu ödədiyini və lazım olan bütün sənədləri Fransada Peşəkar Klublara nəzarət üzrə Komissiyaına (DNCG) təqdim etdiklərini bildirib. Sportinfo.az-ın məlumatına görə, DNCG-nin sentyabrın 1-dən tətbiq etdiyi transfer qadağasını artıq götürməli olduğunu deyən Martel yeni transfrlər haqda məlumat verib:

“Yanvarda çoxlu oyunçu almayacağıq. Kimləri götürmək istəyiriksə, adlarını artıq bilirsiz. Ən aşağı aylıq istəyən futbolçuya 30 min avro ödəməliyik. Bundan artığına gücümüz çatmır. Qapıçı Samüel Atraus və sol cinah müdafiəçisi Benjamin Boulengerlə razılaşmışıq. Onlar ehtiyat skamyamızı genişləndirəcək. Gücümüzü artırmaq potensialında isə deyillər.

Bununla belə, iyundan bizi gözləyirlər. Landri Nquemo ilə danışıqlarımız baş tutmadı, təklifmizi qəbul etmədi və getdi “Nansi”yə. Başqa kimisə almağı düşünmürük. Gənclərlə beşillik müqavilə bağlamışıq. Ümumiyyətlə, 5 transfer edə bilsəydik, çox sevinərdim. Büdcəyə qənaət etsək, əlavə xərcə ehtiyac qalmayacaq. Biz gərək özümüzü yenə sıxaq.

Hafiz Məmmədovun bu ayın axırınadək vaxtı var. Əks halda, yanvarın 1-də başqa sponsorla – şirkətlər qrupu ilə sövdələşəcəyik. Hansı ki, 25 milyon avro sərmayə qoymağa hazırdır. Gələn ay siz “Lans” rəhbərliyində bir sıra yeni adlar görə bilərsiz. Onların kimliyini mən hələ açıqlamaq istəmirəm. Heç DNCG də bilmir bu barədə. Azərbaycan tərəfi “Lans”ı himayəsinə götürdüyü müddətdə kluba 24 milyon avro xərcləyib”.

 

Həmin kateqoriyadan