“Jilina”dan böyük hesablı qələbə, 3-cü qolu Ramil Şeydayev vurdu

Slovakiya 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Jilina” doğma meydanda “Tatran”la qarşılaşıb.

Futbolçumuzun komandası bu matçda böyük hesabla qalib gəlib (3:0). Hücumçu görüşün 62-ci dəqiqəsində meydana çıxıb. O, “sarı-yaşıllar”ın 79-cu dəqiqədə sonuncu qolunu vurub.

Bundan 10 dəqiqə sonra ona qarşı kobudluğa görə baş hakim rəqib oyunçuya sarı vərəqə göstərib. “Jilina” hazırda 55 xalla çempionatın vahid öncülüdür.

Həmin kateqoriyadan