“Jilina”nın 2-ci qolunu millimizin hücumçusu vurub

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Slovakiyanın “Jilina” klubu 1-ci liqanın son turunda meydana çıxmayıb. Allsport.az saytı xəbər verir ki, buna rəqib “Spartak Miyava”nın yüksək dəstədən kənarlaşdırılması səbəb olub.

Əvəzində, “sarı-yaşıllar”ın ikinci komandası “Koşitse” ilə qüvvəsini sınayıb. Həmyerlimiz bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı 63-cü dəqiqədə əvəzlənib. “Jilina”nın 5:1 hesablı qələbə qazandığı oyunda Ramilin də xüsusi payı olub. Belə ki, o, 20-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

Həmin kateqoriyadan