“Judo-2012”nin karateçiləri Səudiyyə Ərəbistanı yığması ilə birgə Bakıda məşq ediblər

Səudiyyə Ərəbistanının karate millisi ölkəmizdə təlim-məşqdə olub. Allsport.az saytı xəbər verir ki, AMKF-nin bazasında keçirilən toplanış Özbəkistanda Asiya çempionatına hazırlıq xarakteri daşıyıb.

Təlim-məşqdə “Judo-2012”nin gənc karateçiləri də dəvət alıblar. 8 gün davam edən çalışmada klubun karate üzrə məşqçisi Namiq Pirverdiyevin yetirmələrindən Fərid Ağayev, Kənan Babayev, Fidan Dadaşova, Nuri Əliyev və Abbas Dadaşov da təcrübələrini artırmaq imkanı qazanıblar.

Gün ərzində iki dəfə məşq keçən klubun üzvləri taktiki, texniki və fiziki hazırlıq səviyyələrini yüksəltməyə çalışıblar. Səudiyyə Ərəbistanının yığma komandası ilə birgə keçirilən təlim-məşq toplanışı “Judo Club 2012”nin karateçiləri üçün böyük təcrübə olub.

Həmin kateqoriyadan