Kənan Əliquliyev: Avropa çempionatında da nəticə qazanmaq istəyirəm

Kişi ağırlıqqaldıranların ölkə çempionatında 81 kq-da fəxri kürsünün ən yüksək pilləsinə Kənan Əliquliyev qalxıb. Allsport.az saytı xəbər verir ki, o, toplam 296 kq (131+165) nəticə göstərib. Qalib idmançı açıqlamasında, yarışın yüksək səviyyədə təşkil olunduğunu deyib:

“Yarış çox yaxşı keçir. Qarşıda mötəbər turnir olan Avropa çempionatı var və orada da nəticə qazanmaq istəyirik. Davam edən ölkə çempionatında rəqiblərimin çıxışı da yaxşı idi, amma onları üstələyərək çempion adını qazana bildim”.

Həmin kateqoriyadan