“Kəpəz” 2-ci dövrə üçün başlayıb

“Kəpəz”in qış fasiləsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, dünən “sarı-göylər” 1-ci divizionun 2-ci dövrəsi ilə bağlı hazırlığa başlayıb. 

Gəncə təmsilçisi toplanışın ilk hissəsini doğma şəhərdə keçirəcək. Komanda Şəmkir və Göygöl olimpiya idman komplekslərinin xidmətlərindən də yararlanacaq.

1-ci mərhələ əsasən bərpaedici və fiziki yöndə çalışmalar üzərində qurulub. “Kəpəz” hazırlığın 2-ci mərhələsini paytaxtda keçirmək niyyətindədir.

Həmin kateqoriyadan