“Kəpəz” açılış oyununa qalib yollanır

“Kəpəz” yeni mövsüm öncəsi son yoxlama matçını keçirib. Allsport.az saytı xəbər verir ki, Gəncə klubu 1-ci divizionda çıxış edəcək “Şüvəlan” ilə qarşılaşıb.
Görüş “sarı-göylər”in 3:0 hesablı qələbəsi ilə nəticələnib. Qolları Serqey Çernışev, Viktor Laki və Şəhriyar Rəhimov vurublar.
“Kəpəz” premyer liqanın açılış turunda “Sumqayıt”la üz-üzə gələcək.

Həmin kateqoriyadan