“Kəpəz” “aslanlar”a qarşı paytaxtda hazırlaşır

Premyer liqanın 6-cı turunda “Səbail” klubu ilə qarşılaşacaq “Kəpəz” qarşıdakı oyunun hazırlığına başlayıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”a qarşı son çempionat matçından sonra bərpaedici prosedurdan (sauna, baseyn, masaj) keçən komanda üzvləri bir gün istirahət edib.

“Sarı-göylər” dünəndən çalışmanı bərpa ediblər. Kollektiv Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. “Kəpəz”in bu günə olan məşqi saat 17:00-da başlayacaq.

Həmin kateqoriyadan