“Kəpəz” fasilə müddətində yoxlama görüşü keçirməyi planlaşdırıb

Premyer liqasının sonuncu turunda “Sumqayıt”la oyundan sonra 3-günlük evə buraxılan “Kəpəz”in üzvlərinin istirahəti dünən başa çatıb. Allsport.az saytı xəbər verir ki, komanda martın 18-də ağılıqqaldırma zalında bir araya gəlib.

Bu gün futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda saat 11:00-da məşqə çıxıblar. Hazırlıq planına əsasən, Novruz bayramı ilə əlaqədar komandanın üzvlərinə martın 20-si və 21-i tarixlərində 2-günlük istirahət veriləcək. “Kəpəz” martın 22-də məşqləri bərpa edəcək.

Milli komandanın təlim-məşq toplanışı və yoxlama oyunları səbəbindən çempionatda yaranmış fasilə müddətində “sarı-göylər”in yoxlama görüşü keçirməsi də nəzərdə tutulub.

Həmin kateqoriyadan