“Kəpəz” hazırlığa başladı

Yeni mövsümdən 1-ci divizionda çıxış edəcək “Kəpəz” hazırlığa start verib. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər”in ilk məşqi Gəncə şəhər stadionunda olub. Komandanın qarşıdakı 3 gün ərzində çalışmaları Şəmkir olimpiya idman kompleksinin meydançasında olacaq.

Hazırlıqda 26 futbolçu iştirak edir. Məşqlərin ilk mərhələsi müəyyən qədər seleksiya xarakteri daşıdığından, heyətdə sınaqdan keçirilən oyunçular da var.

Bu arada, “Kəpəz” əsas heyətin bütün futbolçuları ilə yollarını ayırıb. Yeni mövsüm üçün Gəncə təmsilçisinin əsas komandası əvəzedici heyətin, U-17 və U-19 komandalarının üzvlərindən formalaşdırılacaq.

Həmin kateqoriyadan