“Kəpəz” klubunun adından saxta iş görülüb

“Kəpəz” klubu bildirişlə çıxış edib. Allsport.az saytı xəbər verir ki, bəyanatda bunlar qeyd olunub: “Qış transfer pəncərəsinin açılmasına az müddətin qaldığı vaxtda “Kəpəz”in adından sui istifadə halları yenidən aktuallaşıb. Belə ki, bu günlərdə Gəncə klubunun adından yararlanmaqla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət olunaraq Kamerundan dəvət edilən futbolçulara vizaların açılması xahiş olunub.

Saxta məktubda “Kəpəz” komandasının müşahidə şurasının sədri Elmir Vəliyev klubun prezidenti kimi təqdim olunub, kluba aidiyyatı olmayan möhür vurulub. Bu cür halların baş verməsindən təəssüflənən “Kəpəz” ictimaiyyətə bəyan edir ki, klubumuzun adından futbolçu transferi ilə bağlı hazırlanan belə müraciətlər həqiqəti əks etdirmir”.

Həmin kateqoriyadan