“Kəpəz” ölkə kubokuna itki ilə çıxacaq

Sabah ölkə kubokunda 27-ci mövsümə start veriləcək. Allsport.az saytı xəbər verir ki, “Kəpəz” mübarizəyə 1/8 finaldan başlayacaq. “Sarı-göylər”in rəqibi premyer liqada çıxış edən “Səbail” klubudur. Gəncə şəhər stadionunda keçiriləcək oyunun startı saat 13:30-da veriləcək. Bu mərhələ bir görüşdən ibarətdir.

“Kəpəz” qarşılaşmaya hazırlıq çərçivəsində son məşqi oyunun reallaşacağı meydanda keçirib. Hazırlıq prosesi 45 dəqiqə çəkib. Bakı təmsilçisi ilə matç öncəsi Etibar İbrahimovun komandasında ciddi itki var.

“Kəpəz”in hücumçusu Ziyabil Məmmədov zədəyə görə meydana çıxa bilməyəcək. 27 yaşlı futbolçu ötən həftə “Səbail”in Birinci Divizionda yarışan ikinci komandası ilə görüşdə zədələnib. Yeri gəlmişkən, Məmmədov sözügedən oyunda (1:0) qələbə topunun müəllifi olub.

Həmin kateqoriyadan