“Kəpəz” paytaxt hazırlığını başa vurub

Premyer liqasının 16-cı turunda “Keşlə”ni qəbul edəcək “Kəpəz” oyunun əsas hazırlığını başa vurub.

Allsport.az saytı xəbər verir ki, həftəboyu Bakıda məşq edən komandanın matç öncəsi son hazırlığı Gəncə şəhər stadionunda nəzərdə tutulub.

Görüş fevralın 17-də saat 17:00-da başlayacaq. Məşq azarkeşlər və mətbuat üçün açıq olacaq.

Həmin kateqoriyadan